Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2024 , 09:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt şəhərində bələdiyyənin iştirakıyla  ağacəkmə aksiyası keçirilib


Cənab Prezidentin 2024 cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamına əsasən Sumqayıt şəhəri ərazisində yaşılaşdırma ağacəkmə işləri davam edir.

Belə ki, Sumqayıt Şəhər İcra hakimiyyəti, Sumqayıt Bələdiyyəsi və şəhərin digər dövlət qurumlarının iştirakı ilə Sumqayıt Bulvarında çoxsaylı zeytun ağacları əkildi. Tədbirin məqsədinin ətraf mühitin, ekologiyanın qoruması yaşıllıq sahənin daha da artırılmasına diqqət çəkmək olduğu vurğulandı.

Qeyd edək ki, şəhər ərazisində bu tipli ağacəkmə aksiyalarının ilboyu təşkil edilməsi nəzərdə tutulub.

Sumqayıt Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər